SON XƏBƏRLƏR

Ceyhun Bayramov Amerika Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb

2025.09.10, 14:46
Ceyhun Bayramov Amerika Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.

Gunaz.tv

Görüş zamanı Azərbaycan-Amerika münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-Amerika münasibətlərinin tarixi, bir sıra, o cümlədən təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Tarixi Vaşinqton görüşü nəticəsində ölkəmizin təşəbbüskarı olduğu Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan strukturların ləğvi üzrə atılan addımların vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar