SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti "AIM-120D-3" raketlərinin Finlandiyaya mümkün satışını təsdiqləyib

2025.09.11, 11:22
Amerika Dövlət Departamenti "AIM-120D-3" raketlərinin Finlandiyaya mümkün satışını təsdiqləyib

Amerika Dövlət Departamenti Finlandiyaya orta mənzilli "AIM-120D-3" hava-hava raketlərinin və əlaqəli logistika dəstək sistemlərinin 1,07 milyard dollar dəyərində mümkün satışını təsdiqləyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin xarici ölkələrə silah tədarükünü həyata keçirən qurumu – Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Finlandiya hökuməti Amerikadan 405 ədəd "AIM-120D-3" raketi və onlarla əlaqəli müxtəlif sistemlər istəyib.

Qeyd edilir ki, təklif olunan satış Amerikanın xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur, çünki bu, NATO üzrə müttəfiqin müdafiə qabiliyyətini gücləndirəcək. Agentliyin fikrincə, mümkün silah satışı Finlandiyanın mövcud və gələcək təhdidlərə cavab vermə imkanlarını artıracaq.

Amerika administrasiyası artıq bu satışla bağlı qərarı Konqresə təqdim edib. Qanunverici orqanın bu potensial razılaşmanı nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar