SON XƏBƏRLƏR

Çin Tayvana görə Amerikaya xəbərdarlıq edib

2025.09.11, 11:54
Çin Tayvana görə Amerikaya xəbərdarlıq edib

Çinin xarici işlər naziri Van İ Amerika Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Amerikanı öz maraqlarına dair diqqətli olmağa çağırıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Məlumatda bildirilib ki, Van İ Amerika tərəfinin son vaxtlar Çinin qanuni hüquq və maraqlarına qarşı səsləndirdiyi mənfi bəyanatların, habelə Pekinin daxili işlərinə müdaxilələrin ikitərəfli münasibətlərin yaxşılaşmasına və inkişafına zərər verdiyini bildirib.

Nazir Amerikanı söz və əməlində diqqətli olmağa, xüsusilə Çinin əsas maraqlarına aid məsələlərdə, məsələn, Tayvan mövzusunda ehtiyatlı davranmağa çağırıb.

Van İ bildirib ki, Çin və Amerika II Dünya müharibəsi zamanı militarizm və faşizmə qarşı birlikdə mübarizə aparıblar, indi isə yeni dövrdə iki tərəf dünya sülhü və rifahı üçün birlikdə çalışmalı, qlobal çağırışları həll etməli və böyük ölkələr kimi öz üzərlərinə düşən məsuliyyəti daşımalıdırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar