SON XƏBƏRLƏR

Amerika Ukraynaya 400 milyon dollar ayırıb

2025.09.11, 11:56
Amerika Ukraynaya 400 milyon dollar ayırıb

Amerika Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsü üçün 400 milyon dollar ayırıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Konqresində 2026-cı ilin müdafiə büdcəsi Ukraynaya ayrılan vəsaitlə birlikdə təsdiqlənib.

Məlumata görə, Nümayəndələr Palatası 892,6 milyard dollar məbləğində müdafiə siyasəti qanun layihəsini qəbul edib.

Eyni zamanda, respublikaçıların Ukraynaya hərbi yardım göstərilməsinə qarşı müqavimətinə baxmayaraq, müdafiə siyasəti qanun layihəsi Pentaqonun Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsü üçün 400 milyon dollar ayırmasını nəzərdə tutur.

Xatırladaq ki, avqust ayında Amerika Birləşmiş Ştatları Ukraynaya 203,5 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar