SON XƏBƏRLƏR

Aİ: Ukraynada münaqişə daha bir neçə il davam edə bilər

2025.09.11, 11:58
Aİ: Ukraynada münaqişə daha bir neçə il davam edə bilər

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynada müharibənin daha bir neçə il uzana biləcəyini istisna etməyib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Kallas müxtəlif inkişaf ssenarilərindən danışıb.

“Düşünürəm ki, ən real ssenari odur ki, müharibə daha bir neçə il davam edəcək. Təəssüf ki, sülh naminə göstərilən səylər, o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri heç bir nəticə vermədi”, – Kallas bildirib.

Onun sözlərinə görə, ən pessimist variantda Ukrayna müəyyən ərazilərindən imtina etməli ola bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar