SON XƏBƏRLƏR

BAEA müfəttişləri İrana daxil ola bilməz- Millət vəkili

2025.09.11, 16:03
BAEA müfəttişləri İrana daxil ola bilməz- Millət vəkili

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qarşılıqlı əlaqənin əsası İran hökumətinin agentliklə əməkdaşlığı dayandırmasını tələb edən qanundur/

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Rza Möhsüni-Sani deyib.

"Ona görə də Rafael Qrossinin və agentliyin müfəttişlərinin İrana daxil olmaq hüququ yoxdur",- o əlavə edib.

Sani, İranın NPT-dən (Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi-red) çıxması barədə fikirləri yenidən səsləndirib:

“Əgər avropalılar tətik mexanizmini işə salmaqda israr etməyə davam etsələr, biz NPT-dən (Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi-red) çıxmaq planını təsdiq edəcəyik".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar