SON XƏBƏRLƏR

KİV: İran kəşfiyyatı israilli aktyorları casusluğa cəlb etməyə çalışır

2025.09.12, 12:13
KİV: İran kəşfiyyatı israilli aktyorları casusluğa cəlb etməyə çalışır

Onlarla israilli aktyor İran kəşfiyyatının hiyləsinin qurbanı olub.

Gunaz.tv

bu barədə “The Times of Israel” qəzetində məlumat dərc olunub.

Belə ki, İsrail Milli Kiber Direktorluğu israilli aktyorlara email mesajlar göndərildiyini, bu mesajları göndərən şəxslərin özlərini film istehsalçıları kimi qələmə verdiyini və aktyorlara yeni bir film üçün rollar təklif etdiyini bildirib.

Bu emailləri göndərən şəxslər aktyorlardan şəxsi məlumatlarını tələb edib və bu məlumatları ala bilib.

Sonra isə israilli aktyorlara təhdid mesajları göndərilib.

İsrail bu cəhdləri İran kəşfiyyatının İsrail vətəndaşlarını casusuluğa cəlb etmək təşəbbüsləri ilə əlaqəli olduğunu istisna etməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar