SON XƏBƏRLƏR

Tramp Amerikadakı etirazların Sorosun təşkil etdiyini düşünür

2025.09.13, 10:03
Tramp Amerikadakı etirazların Sorosun təşkil etdiyini düşünür

Amerika prezidenti Donald Tramp Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu növbəti dəfə bəyan edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu D.Tramp "Fox News" telekanalına müsahibəsində deyib

"Biz Sorosun arxasınca gedəcəyik, çünki düşünürəm ki, bu, ona və digər insanlara qarşı RICO (Cinayət təşkilatları haqqında qanun) işidir, çünki bunlar sadəcə etirazlardan daha çox şeydir, əsl iğtişaşlardır, bunlar küçə iğtişaşlarıdır", - Amerika lideri qeyd edib.

Xatırladaq ki, avqustun 27-də Tramp artıq Soros və oğlunu ölkədəki zorakı etirazlara dəstək verdiyinə görə məsuliyyətə cəlb etməyə çağırmışdı.

"Biz daha bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurdular".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar