SON XƏBƏRLƏR

İsrail Müdafiə Nazirliyi: Gələcəkdə İranla daha çox döyüşlərimiz olacaq

2025.09.16, 13:15
İsrail Müdafiə Nazirliyi: Gələcəkdə İranla daha çox döyüşlərimiz olacaq

İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram xəbərdarlıq edib ki, ölkə gələcəkdə İranla daha çox döyüş raundları ilə üzləşəcək. O, İsrailin İran rejiminə qarşı 12 günlük müharibədə keçirdiyi əməliyyatı “uğurlu” kimi qiymətləndirib.

Gunaz.tv

“Times of Israel”in məlumatına görə, İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bazar ertəsi, sentyabrın 15-də İranla son müharibə haqqında deyib: “Bu müharibə İsrailin aşkar qələbəsi ilə başa çatıb, lakin İrana qarşı başqa raundlar da olacaq”.

Baram, nazirliyin İsrailə "İran və digər düşmənlərlə müharibəyə hazırlığını əhəmiyyətli dərəcədə sürətləndirməyə" imkan verəcək "Ali Silah Şurası" yaratmaq prosesində olduğunu bildirib.

"Biz indi növbəti sürprizlər və növbəti xüsusi əməliyyatlar barədə düşünməliyik. Biz kritik müdafiə və döyüş sistemlərinin istehsalı və satın alınması prosesini əsaslı şəkildə dəyişdirməliyik." - deyə İsrail Müdafiə Nazirliyinin baş direktoru əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar