SON XƏBƏRLƏR

KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin təqdimatını Trampa görə təxirə salıb

2025.09.16, 14:58
KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin təqdimatını Trampa görə təxirə salıb

Avropa İttifaqı (Aİ) Amerika Prezidenti Donald Trampın ölkəsinin də sanksiyalara qoşulması müqabilində Avropadan daha sərt tədbirlər tələb etməsindən sonra Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin rəsmi təqdimatını təxirə salıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ anonim avropalı diplomata istinadən məlumat verib.

Qeyd edək ki, Avropa Komissiyası yeni sanksiyalar paketini sentyabrın 17-də Avropa İttifaqının diplomatik toplantısında təqdim etməyi planlaşdırmışdı.

Agentliyin məlumatına görə, Amerika G7 ölkələrinə təzyiq edərək Rusiya neftinin idxalına görə Çin və Hindistana 100% rüsum tətbiq edilməsini, həmçinin Rusiya Prezidenti Vladimir Putini Ukrayna ilə danışıqlar aparmağa məcbur etmək üçün əlavə tədbirlərin görülməsini tələb edib.

Mənbənin sözlərinə görə, hazırda G7 yeni sanksiyalar paketinin üzərində işləyir və növbəti iki həftə ərzində sənədin mətnini tamamlamayı planlaşdırır. Müəyyən edilmiş son müddətin keçməsinə və Putinin hələ də müharibəni dayandırmaq üçün danışıqlardan imtina etməsinə baxmayaraq Tramp indiyədək Rusiyaya qarşı birbaşa sanksiyalar tətbiq etməkdən yayınıb.

Qeyd edək ki, Amerika Prezidenti bütün NATO ölkələrinin Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib, Rusiya neftini almağı dayandırarsa, Amerikanın da ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar