SON XƏBƏRLƏR

İranda İsrailə görə siyasi məhbus edam edildi

2025.09.17, 11:19
İranda İsrailə görə siyasi məhbus edam edildi

Bu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında siyasi məhbus məhbus Babək Şahbazi edam edilib.

Gunaz.tv

Bu haqda onun ailəsi məlumat yayıb.

Babək Şahbazi 2024-cü ilin yanvar ayında həbs edilərək "İsrailə casusluq"da ittiham edilmişdi.

Onun ailəsinin sözlərinə görə, ittihamı təsdiq edəcək heç bir sübut olmasa da, İran Ali Məhkəməsi edam cəzasını təsdiq edib.

Şahbazinin vəkillərinin onun işinə yenidən baxılması üçün 3 dəfə etdikləri müraciətə baxılmayıb.

Babək Şahbazinin ailəsi və insan haqları müdafiəçiləri, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu və ondan işkəncə altında məcburi etiraf alındığını bildirirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar