SON XƏBƏRLƏR

Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib

2025.09.17, 11:23
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində Amerika Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

"Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm", - N.Paşinyan yazıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar