SON XƏBƏRLƏR

KİV: Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq

2025.09.18, 11:24
KİV: Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq

Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə sonu Amerika prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərindən sonra Fələstini dövlət kimi tanıyacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Starmer, bu bəyanatı Trampın gedişinə qədər təxirə salıb. Çünki əks halda bu məsələ cümə axşamı Çekersdə iki siyasətçinin iştirakı ilə keçiriləcək mətbuat konfransının əsas mövzusuna çevrilə bilərdi.

Böyük Britaniya bu prosesi gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasına qədər davam etdirəcək.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Kanada və Avstraliya bu Assambleyada Fələstini tanıyacağı gözlənilən ölkələr sırasındadır.

Xatırladaq ki, Amerika Fələstinin rəsmi tanınmasının qəti əleyhinədir və Tramp əvvəllər bunun HƏMAS-a xidmət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Onu da qeyd etmək lazımdır ki, bu məsələdə Böyük Britaniya və Amerika arasında kəskin fikir ayrılıqları var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar