SON XƏBƏRLƏR

Amerika Kiyevi “Patriot” raketləri ilə təmin edəcək

2025.09.18, 11:28
Amerika Kiyevi “Patriot” raketləri ilə təmin edəcək

Kiyev üçün Amerika silahlarının alınması çərçivəsində Aİ ölkələri tərəfindən maliyyələşdirilən Amerika hərbi yardımının ilk iki paketinə “Patriot” HHM sistemi üçün raketlər və HIMARS üçün raketlər daxil olacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Oktyabrda əlavə vəsait alacağıq; düşünürəm ki, 3,5-3,6 milyard civarında pulumuz olacaq. İlk iki paketin hər biri 500 milyon olacaq. Bu paketlərə mütləq “Patriot” və HIMARS üçün raketlər daxil olacaq", - Zelenski bildirib.

Qeyd edək ki, çərşənbə axşamı “Reuters“ mənbələrə istinadən Tramp administrasiyasının Kiyevə Amerikanın NATO müttəfiqləri tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqlədiyi ilə bağlı məlumat yayıb. Lakin Ağ Ev bu məlumatı rəsmən təsdiqləməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar