SON XƏBƏRLƏR

Vəziyyət müharibə şəraitinə bənzəyir - İslami

2025.09.18, 12:03
Vəziyyət müharibə şəraitinə bənzəyir - İslami

İsrail mümkün yeni hücumu ilə bağlı təhdidləri nəzərə alsaq, İrandakı vəziyyət müharibə şəraitinə bənzəyir.

Gunaz.tv

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O, sentyabrın 17-da mətni İran mətbuatında dərc olunan Yaponiya media orqanına müsahibəsində, "düşmənlərin təhdidinin davam etdiyini" deyib və İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında etimadın bərpa olunmasının zəruri olduğunu bildirib.

Atom Enerjisi Təşkilatının rəhbəri həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən İranın nüvə obyektlərində yoxlamaların bərpasının "xüsusi tədbirlər" şərti ilə mümkün olduğunu açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İran-İsrail müharibəsi başlayandan bəri İranın nüvə obyektlərinə daxil ola bilmirlər. 

Keçən ay Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərindən ibarət qrup yalnız Buşehr atom elektrik stansiyasında yanacağın dəyişdirilməsinə nəzarət etmək üçün İrana qayıdıb və sonra münaqişə zamanı zədələnmiş Fordo və Nətənz da daxil olmaqla, əsas obyektlərə girişə icazə verilmədən ölkəni tərk edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar