SON XƏBƏRLƏR

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə münasibət bildirib

2025.09.18, 12:59
Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə münasibət bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarına münasibət bildirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Paşinyan belə bir məsələnin Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmadığını deyib.

“Viza möhüri ilə bağlı məsələ bir neçə ay əvvəl Türkiyənin xüsusi nümayəndəsinin səfərinə dair heç bir nəzəri imkan və ya razılaşma olmadığı zaman qaldırılıb. Ümumiyyətlə, belə bir məsələ Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmayıb və müzakirə edilə bilməz”, - Paşinyan bildirib.

O vurğulayıb ki, bunu “dövlətin davamlılığını təmin etmək strategiyası olduğu üçün edirlər”.

Qeyd edək ki, Ermənistan hökuməti viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar