SON XƏBƏRLƏR

İranşəhrdə "Bəsic" komandiri öldürülüb

2025.09.19, 09:49
İranşəhrdə "Bəsic" komandiri öldürülüb

Sistan və Bəlucistan əyalətinin İranşəhr rayonunun Şah Camal bölgəsindəki SEPAH-a bağlı “Bəsic” bazasının komandiri Rza Azərkiş silahlı şəxslər tərəfindən güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Gunaz.tv

Bununla bağlı Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onun öldürülməsinə görə hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, bölgədə xüsusilə narazılara qarşı qəddarlığı ilə tanınan Azərkiş 13 fevral 2023-cü ildə də İranşəhrdə silahlıların hücumuna məruz qalmışdı. Onun bir mühafizəçisi öldürülsə də, özü xilas ola bilmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar