SON XƏBƏRLƏR

Amerika Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd edib

2025.09.19, 11:24
Amerika Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd edib

Amerika Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli idi və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanmışdı.

Birinci düzəliş Amerikanın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə Amerika Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana Amerika yardımının göstərilməsini qadağan edir.

Hər iki düzəlişin rədd edilməsi Amerika Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirir.

Amerika Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi Amerika Konqresinin Dövlət Departamentinin hüquqi səlahiyyətlərini və təşkilati strukturunu nəzərdən keçirdiyi, dəqiqləşdirdiyi və uzatdığı illik prosesdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar