SON XƏBƏRLƏR

Tramp Si Cinpinlə telefon danışığı aparacaq

2025.09.19, 11:27
Tramp Si Cinpinlə telefon danışığı aparacaq

Amerika Prezidenti Donald Tramp sentyabrın 19-da Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə tariflərlə və "TikTok" sosial şəbəkəsinin Amerikadakı taleyi ilə bağlı telefon danışığı aparacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat paylaşıb.

"Amerika Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpin arasında cümə günü keçiriləcək telefon danışığı "TikTok"un taleyini müəyyən etməyi və potensial olaraq dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyini azaltmağı vəd edir", - məlumatda deyilir.

Tərəflər bu həftə təqdim olunmuş çərçivə sazişini müzakirə edəcəklər. Saziş "TikTok"un Amerikadakı əməliyyatlarına nəzarətin Çin mənşəli şirkət "ByteDance Ltd"dən amerikalı investorlar konsorsiumuna verilməsini nəzərdə tutur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar