SON XƏBƏRLƏR

Tramp Aİ-nin Çinə sanksiya tətbiq etməsinin Ukrayna münaqişəsini sonlandıra biləcəyini deyib

2025.09.19, 12:01
Tramp Aİ-nin Çinə sanksiya tətbiq etməsinin Ukrayna münaqişəsini sonlandıra biləcəyini deyib

Amerika Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələrinin Çinə qarşı – Rusiyanın ən böyük neft idxalçısı kimi – sanksiyalar və ya rüsumlar tətbiq etməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilərdi.

Gunaz.tv

O, bu fikirləri "Fox News" telekanalına verdiyi müsahibədə səsləndirib.

"Əgər onlar (Avropa İttifaqı ölkələri – red.) məsələn, Çinə qarşı sanksiyalar və ya rüsumlar tətbiq etsəydilər, düşünürəm ki, münaqişə, bəlkə də, başa çata bilərdi. Çünki Çin, şübhəsiz, Rusiyanın ən böyük neft idxalçısıdır", – deyə Tramp qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar