SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti "Javelin" raket komplekslərinin Polşaya mümkün satışını təsdiqləyib

2025.09.19, 12:02
Amerika Dövlət Departamenti "Javelin" raket komplekslərinin Polşaya mümkün satışını təsdiqləyib

Amerika Dövlət Departamenti Polşaya 780 milyon dollar dəyərində "Javelin" tank əleyhinə raket komplekslərinin mümkün satışını təsdiqləyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Polşa hakimiyyəti Amerikaya 2 506 ədəd "Javelin FGM-148F" raketi və 253 buraxılış qurğusunun alınması ilə bağlı sorğu göndərib. Ümumi müqavilənin dəyəri 780 milyon dollar olaraq qiymətləndirilir.

Qeyd olunur ki, bu silahların Polşaya satışı Amerikanın xarici siyasət və milli təhlükəsizlik sahəsindəki məqsədlərinə xidmət edir, çünki bu, NATO üzrə müttəfiqin müdafiə qabiliyyətini gücləndirəcək.

Agentlik hesab edir ki, bu razılaşma Polşanın mövcud və gələcək təhdidlərə cavab vermə imkanlarını genişləndirəcək. Eyni zamanda, "Javelin" komplekslərinin Varşavaya satışı regionda hərbi qüvvələr balansını dəyişməyəcək və ABŞ hökumətinin əlavə nümayəndələrinin və ya podratçılarının göndərilməsini tələb etməyəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar