SON XƏBƏRLƏR

Zelenski: Rusiya bu gecə Ukraynaya 600-ə yaxın PUA ilə hücum edib

2025.09.20, 11:56
Zelenski: Rusiya bu gecə Ukraynaya 600-ə yaxın PUA ilə hücum edib

Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib.

Zelenski qeyd edib ki, Rusiya mülki infrastrukturu, yaşayış sahələrini hədəf alıb: "Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib.

Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb".

Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: "Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq, Rusiya hərbi maşınına və onu maliyyələşdirən sahələrə qarşı sanksiyaları genişləndirmək. Rusiyaya qarşı hər bir məhdudiyyət xilas edilmiş həyatdır".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar