SON XƏBƏRLƏR

"İstəklilər Koalisiyası" Ukraynaya silah tədarükü üçün maliyyəni artıracaq

2025.09.22, 11:39
"İstəklilər Koalisiyası" Ukraynaya silah tədarükü üçün maliyyəni artıracaq

Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında PURL təşəbbüsünün maliyyələşdirilməsinin 2025-ci ilin oktyabrında artırılacağını açıqlayıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, PURL təşəbbüsü NATO ölkələrinin könüllü töhfələri hesabına Ukraynaya silahların sürətlə çatdırılmasını nəzərdə tutur.

"Biz bu təşəbbüs üçün əlavə maliyyənin oktyabrda gəlməsini gözləyirik", - o deyib.

Ukrayna lideri yaxın vaxtlarda Amerika Prezidenti Donald Trampla görüşəcəyini xəbər verib. O, həmçinin ukraynalı uşaqların Rusiyadan qaytarılması ilə bağlı qlobal forumda iştirak edəcəyini də açıqlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar