SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurasının sanksiyaların ləğvi ilə bağlı qətnaməni rədd etməsindən sonra İranın fond bazarı və valyutası kəskin ucuzlaşıb

2025.09.22, 11:54
BMT Təhlükəsizlik Şurasının sanksiyaların ləğvi ilə bağlı qətnaməni rədd etməsindən sonra İranın fond bazarı və valyutası kəskin ucuzlaşıb

BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasının qarşısının alınması ilə bağlı qətnaməni rədd etməsindən bir gün sonra Tehran birjası 50 min bənddən çox ucuzlaşıb, qeyri-rəsmi bazarda dollar və digər xarici valyutaların qiyməti qalxıb.

Gunaz.tv

İran mediası sanksiyaların geri dönmək üzrə olduğu bir vaxtda İranın kapital bazarının şok vəziyyətində olduğunu bildirib. Bu məlumatlara görə, qətnamənin rədd edilməsindən sonrakı ilk iş günündə Tehran Birjasının ümumi indeksi 50 666 bənd azalaraq 2 542 000-ə düşüb.

“Etemad” qəzeti bəzi ekspertlərə istinadən yazıb ki, bu tendensiya davam edərsə və "tətik" mexanizmi işə salınarsa ümumi indeks 2 milyon bəndədək azala bilər.

Qeyd edək ki, şənbə günü günorta radələrində İranın açıq bazarında 1 Amerika dollarının qiyməti 103 min tümən həddini keçib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar