SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Nyu-Yorkda finlandiyalı həmkarı ilə görüşüb

2025.09.24, 11:37
Prezident İlham Əliyev Nyu-Yorkda finlandiyalı həmkarı ilə görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

Gunaz.tv

 Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib və Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar