SON XƏBƏRLƏR

İranda edam sayı son 30 ilin rekordunu vurdu

2025.09.24, 14:03
İranda edam sayı son 30 ilin rekordunu vurdu

Bu il yanvar ayının 1-dən sentyabrın 24-ə kimi İran həbsxaalarında edam 1012 nəfərin kimliyi müəyyənləşdirilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatının hesabatında bildirilib.

Məlumata görə, bu, son 30 ildə ölkədə bu müddət ərzində qeydə alınan ən çox edam sayıdır.

Edam edilənlərin 50%-i narkotik maddələrin alveri, 43%-i adam öldürmək, 1%-i casusluq və qalanları isə müxtəlif cinayətlərdə günahlandırılıblar.

Edam edilənlərin 28-i qadındır.

Hesabata görə, İranın rəsmi mediası edam edilənlərin yalnız 11%-i barədə məlumat verib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar