SON XƏBƏRLƏR

KİV: Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlaşdırır

2025.09.25, 11:40
KİV: Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlaşdırır

Amerika Prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. "Kyodo" qeyd edib ki, Yaponiya oktyabrın sonuna kimi Yeni baş nazir seçəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar