SON XƏBƏRLƏR

Tehran nümayəndəsi: Biz nüvə silahı yaratmağa hazırlaşmalıyıq

2025.09.25, 11:52
Tehran nümayəndəsi: Biz nüvə silahı yaratmağa hazırlaşmalıyıq

"Biz nüvə silahı yaratmağa və zənginləşdirməni 90 faizdən yuxarıya çatdırmağa hazırlaşmalıyıq."

Gunaz.tv

Bunu Tehranın parlamentdəki nümayəndəsi və hökumətin üç qolunun başçılarına və Ali Milli Təhlükəsizlik Şurasının nüvə silahının istehsalı və saxlanması üzrə üzvlərinə məktubu imzalayanlardan biri olan Kamran Qəzənfəri deyib.

“Doğrudur, Əli Xameneinin ilkin fərmanına əsasən, biz kütləvi qırğın silahlarından istifadə etmirik və onu haram hesab edirik, lakin ikinci dərəcəli fərmana görə, xalqımızın həyatı və sistemimizin mövcudluğu təhlükə altındadırsa, bu silahdan istifadə etməliyik. İndi bunun üçün texniki və sənaye biliklərimiz var. Zənginləşdirməmizi 90 faizə və 90 faizdən yuxarıya çatdırmalıyıq, bunun üçün lazımi material və yanacağı hazırlamalıyıq." - deyə o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar