SON XƏBƏRLƏR

Uitkoff Cənubi Qafqazla bağlı Türkiyə rəsmilərindən məsləhət alır

2025.09.25, 13:14
Uitkoff Cənubi Qafqazla bağlı Türkiyə rəsmilərindən məsləhət alır

Türkiyə rəsmilərindən mütəmadi olaraq Azərbaycan barədə məsləhət alıram.

Gunaz.tv

Bu barədə Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

O qeyd edib ki, Amerikanın Türkiyədəki səfiri Tom Barrak vasitəsilə Azərbaycan, Ermənistan və Ukrayna mövzuları ətrafında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının fikirlərini öyrənir.

“Məsələn, mən Toma zəng vurub soruşuram ki, İbrahimin bu mövzu haqqında fikri nədir? Bunun kimi çoxlu misal çəkə bilərəm. Bu cür təmaslar saxlamaq mənə Tramp administrasiyası tərəfindən tövsiyə olunur”, - Uitkoff bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar