SON XƏBƏRLƏR

Amerika Almaniyaya AMRAAM raketlərinin satışını təsdiqləyib

2025.09.26, 11:24
Amerika Almaniyaya AMRAAM raketlərinin satışını təsdiqləyib

Amerika Dövlət Departamenti 400-ə qədər AIM-120D-3 AMRAAM hava-hava raketləri və əlaqəli avadanlıqların Almaniyaya 1,23 milyard dollara satışını təsdiqləyib.

Gunaz.tv

Günaz TV APA-ya istiandən xəbər verir ki, sövdələşməyə həmçinin komponentlər, ehtiyat hissələri, şifrələmə sistemləri, təlim avadanlığı və əməliyyat dəstəyi daxildir.

Amerika Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) məlumatına görə, satışlar Almaniyanın F-35 qırıcı proqramında müdafiə qabiliyyətini gücləndirmək və NATO-nun planlaşdırma və birgə əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır.

Agentlik bu satışın bölgədəki hərbi balansı əsaslı şəkildə dəyişdirməyəcəyini vurğulayıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar