İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsinin 5-ci il dönümü ilə bağlı bəyanat yayıb.
İranda beş şəhərdə 6 məhbus edam edildi
İranda dollar kəskin bahalaşdı
İranda saxta spirtli içkidən 30 nəfər ölüb
Azərbaycanlı pedaqoq Cabbar Bağçabanın anım günüdür
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi
İranda daha 50 müxalifin əmlakı müsadirə olundu
Qoşaçayda yeniyetmə qız güllələndi
İranda daha bir etirazçı edama məhkum edildi
İranda məhbuslar aclıq aksiyası keçiriblər
Həmədanda iş qəzalarında ölən və yaralananların sayı açıqlandı
İlamda həbs edilənlərin sayı 18-ə çatdı
Təbrizli vəkillər müvvəqqəti sərbəst buraxılıblar
Dəniz blokadası İrana 222 gün ərzində 30 milyard dollar zərər vurub
İsrail: İran kimyəvi silahlar hazırlayır, ABŞ bu barədə məlumatlıdır
Tehran metrosunda sərnişinlərin telefonları yoxlanılır
ABŞ-da İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
Milad Armun və Nəvid Nəccaranın edam hökmünün yaxın saatlarda icra olunması təhlükəsi
Müctəba Xamenei xalqın ağır dolanışıq böhranına etinasız yanaşaraq: “İranın əhalisini artırın”
Urmiyə şəhərində Məhdevi dairəsi daş dibçəklərdən qurulub; sakinlər təhlükəsizlikdən narazıdırlar
Mərəndi: “Nüvə doktrinasını dəyişmək İranın hüququdur”
Qərbi Azərbaycanda 27 silahlı həbs edilib
İranın NPT-dən çıxış planı hazırdır- İbrahim Əzizi
İran qaçaqmalçılıq yolu ilə İraqdan çıxarılan nefti öz nefti ilə qarışdırır, Tehrana yaxın qruplaşmalar bu ticarətdən faydalanır – Al Arabiya
Transmilli cinayətkarlığın coğrafiyası genişlənir
İranda daha 3 məhbus edam edildi
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək
Ərdoğan: Zəngəzur dəhlizi Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq
İranda saxta spirtli içikdən ölənlərin sayı artdı
Təbrizdə təqaüdçülər etiraz aksiya keçiriblər
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Azərbaycan şəhərlərində iş qəzalarında üç nəfər həlak oldu
Azərbaycanlı iqtisadçı həbs cəzasına məhkum edildi
ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq etdi
Marağada tarixi bölgədə qanunsuz qazıntı aparanlar həbs edilib
Kirmanda daha üç bəhai həbs edildi
İranda daha bir etirazçı edama məhkum edildi
İran Ermənistana xəbərdarlıq edib: Bizdən yan keçməyə çalışmayın
Almaniyada yüzlərlə məktəb e-poçt vasitəsilə bomba təhdidi alıb
Binab quru meyvə bazarında kişmişin qiyməti düşüb: Bağbanlar məhsullarını satmaqda çətinlik çəkirlər
Süni intellektin köməyi ilə 167 illik Riman fərziyyəsinə dair isbat təqdim olunub
İranda bir qadın mahnı oxuduğuna görə şallaqlandı
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsinin 5-ci il dönümü ilə bağlı bəyanat yayıb.
Bəyənatda deyilir:
"2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür.
Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutmuşdur.
Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.
Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir.
Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar açılmışdır.
Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" paraflanmışdır. Bu tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.
Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının təmini, müharibə cinayətlərini törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
C
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi
Qoşaçayda yeniyetmə qız güllələndi
İranda məhbuslar aclıq aksiyası keçiriblər
İlamda həbs edilənlərin sayı 18-ə çatdı
Təbrizli vəkillər müvvəqqəti sərbəst buraxılıblar
İranın NPT-dən çıxış planı hazırdır- İbrahim Əzizi
İranda saxta spirtli içikdən ölənlərin sayı artdı
Azərbaycanlı iqtisadçı həbs cəzasına məhkum edildi
Marağada tarixi bölgədə qanunsuz qazıntı aparanlar həbs edilib
İranda daha bir etirazçı edama məhkum edildi
İranda elektrik enerjisinə məhdudiyyət tətbiq ediləcək
İlamda həbs edilən etirazçıların sayı artı
Həmədanda iş qəzası- Ölən və yaralanan var
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
İranda daha beş bəluc həbs edildi
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var