SON XƏBƏRLƏR

İsraildə İran casusu saxlanılıb

2025.09.26, 12:29
İsraildə İran casusu saxlanılıb

İsrailin təhlükəsizlik xidməti Amerika-İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib.

Gunaz.tv

Bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet ) məlumat yayıb.

Məlumata görə, 49 yaşlı Yakov Perl bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb.

İsrail rəsmiləri Perelin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib.

Bildirilib ki, Perl öz missiyaları üçün Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb. 

Həmçinin qeyd olunub ki, o 2017-ci ildə özü və ailəsi üçün İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb.

“The Times of Israel” qəzeti də İran casusu barədə geniş məlumat verib:

"O, Hizbullah lideri Həsən Nəsrullahın dəfn mərasimindən sonra məqalə dərc edib və İran kəşfiyyatının əməkdaşının diqqətini çəkib. İran agentinin göstərişi ilə Perl İsrail pasportunu yeniləyərək bu ilin iyul ayında İsrailə qayıdıb və burada İsrail Ordusunun keçmiş rəisi Herzliya Halevi və milli təhlükəsizlik naziri İtamar Ben Qvir də daxil olmaqla, şəxsiyyətlər üzərində casusluq etməyə başlayıb",- qəzet bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar