SON XƏBƏRLƏR

İran və Rusiya dörd atom elektrik stansiyası üçün 25 milyard dollarlıq müqavilə imzalayıb

2025.09.26, 15:30
İran və Rusiya dörd atom elektrik stansiyası üçün 25 milyard dollarlıq müqavilə imzalayıb

İran mediasının məlumatına görə, İran və Rusiya cümə günü Hörmüzqan vilayətinin Sirik şəhərində dörd üçüncü nəsil nüvə enerji blokunun tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalayıblar.

Gunaz.tv

Razılaşma Moskvada keçirilən Atom 2025 sərgisi çərçivəsində İranın “Iran Hormoz” şirkəti ilə Rusiyanın “Rosatom Project” şirkəti arasında bağlanıb. Hər bir blokun təqribən 1255 meqavat enerji istehsal edəcəyi və ümumi hasilatı 5020 meqavata çatdıracağı gözlənilir.

Xatırladaq ki, bu ayın əvvəlində İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və Rosatomun direktoru Aleksey Lixaçev saziş imzalayıblar.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar