SON XƏBƏRLƏR

Pezeşkian: NPT-dən çıxmaq niyyətimiz yoxdur

2025.09.27, 10:53
Pezeşkian: NPT-dən çıxmaq niyyətimiz yoxdur

Təhlükəsizlik Şurasının sanksiyaları yenidən aktivləşdirilsə belə, İranın NPT-dən (Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi-red) çıxmaq niyyəti yoxdur.

Gunaz.tv

Bunu İran prezidenti Məsud Pezeşkian Nyu Yorkda Qərb jurnalistləri ilə müsahibədə bildirib.

"Biz NPT-dən çıxmaq istəmirik. Xarici güclər regionu oda çəkmək üçün kiçik bəhanə axtarırlar",- o əlavə edib.

Bundan əvvəl bir sıra İran rəsmiləri və millət vəklləri "tətik" mexanizminin işə salınacağı təqdirdə İranın NPT-dən çıxacağını bildiriblər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar