SON XƏBƏRLƏR

İran parlamenti sədrinin müavini: Nüvə silahının yaradılması ilə bağlı deputatların məktubu gələn həftə nəzərdən keçiriləcək

2025.09.27, 11:03
İran parlamenti sədrinin müavini: Nüvə silahının yaradılması ilə bağlı deputatların məktubu gələn həftə nəzərdən keçiriləcək

İran parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, 71 millət vəkilinin İranın nüvə siyasətində dəyişiklik edilməsini və nüvə silahı istehsalına doğru irəliləməsini tələb edən məktubu gələn həftə bazar günü parlamentdə nəzərdən keçiriləcək.

Gunaz.tv

O, izah edib ki, “bu məktubda ölkənin nüvə strategiyası və strategiyasında dəyişiklik edilməsi tələbi edilib”.

Parlamentin rəyasət heyətinin rəsmisi 71 deputatın bu həftə dərc etdiyi məktuba istinad edərək, İsrailin son hücumlarına görə Tehranı nüvə silahı yaratmağa çağırıb.

Məktubda Əli Xameneinin fətvasının nüvə silahının istehsalı və saxlanmasının qarşısını almadığını, yalnız istifadəsini haram elan etdiyi vurğulanıb.

Qeyd edək ki, bu xəbər BMT Təhlükəsizlik Şurasında İrana qarşı bütün beynəlxalq sanksiyaların geri qaytarılması ərəfəsinə təsadüf edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar