SON XƏBƏRLƏR

İranda taxıl qıtlığı yarandı

2025.09.27, 11:56
İranda taxıl qıtlığı yarandı

İranda cari məhsu ilində buğda istehsalı keçən illə müqayisədə 2 milyon 500 min ton azalıb.

Gunaz.tv

Bu haqda İran Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranın buğda tələbatı 16 milyon 950 min ton olduğuna görə, buğda açığı 3 milyon 450 milyon tona çatıb.

Qeyd edək ki, İran su və torpaq ehtiyatlarının çatışmazlığı, eləcə də əhalinin artımı kimi ekoloji amillərə görə istehsal çatışmazlığı ilə qarşı-qarşıyadır və buğda, düyü və arpa kimi taxıllara olan tələbatı ödəmək üçün idxaldan asılıdır.

İranın bəzi kənd təsərrüfatı məhsullarının istehsalında disbalans olduğu halda, taxıl idxalından asılılığı bəzən 2,5 dəfəyə qədər artıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar