SON XƏBƏRLƏR

Ermənistan və Amerika dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb

2025.09.29, 12:47
Ermənistan və Amerika dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb

Ermənistan və Amerika nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində "123 Sazişi"nin bağlanması ilə bağlı danışıqlara başlayıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.

Danışıqlarda Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan, Amerika dövlət katibinin köməkçisinin müavini Qonsalo Suares, Ermənistanın Amerikadakı səfiri Narek Mkrtçyan və Amerikanın Ermənistandakı səfiri Kristina Kvin iştirak ediblər.

R.Abisoqomonyan nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz və etibarlı istifadənin Ermənistanın prioritetlərindən biri olduğunu qeyd edib və ölkəsinin nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini təsdiqləyib.

İştirakçılar İrəvan və Vaşinqtonun avqustun 8-də imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi istiqamətində addımlar atdığını qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar