SON XƏBƏRLƏR

Türkiyə səfirliyi: Azərbaycanla əlaqələrimizi pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparacağıq

2025.09.30, 11:07
Türkiyə səfirliyi: Azərbaycanla əlaqələrimizi pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparacağıq

Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib.

Gunaz.tv

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar.

“Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - o qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar