SON XƏBƏRLƏR

Pit Heqset: Amerika sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır

2025.09.30, 17:49
Pit Heqset: Amerika sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır

Amerika sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın müharibə naziri bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə bildirib.

“Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” - nazir görüş iştirakçılarını salamlayaraq deyib.

Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

O, həmçinin vəd edib ki, əgər düşmənlər Amerikaya meydan oxumağa qərar versələr, onlara “sarsıdıcı zərbə” endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar