SON XƏBƏRLƏR

Cənubi Koreya müdafiə xərclərini 47 milyard dollara çatdıracaq

2025.10.01, 11:22
Cənubi Koreya müdafiə xərclərini 47 milyard dollara çatdıracaq

Cənubi Koreyanın 2026-cı il büdcəsində müdafiə xərclərinə 66,3 trilyon Koreya vonu (47,07 milyard dollar) ayrılacaq ki, bu da 2025-ci illə müqayisədə 8,2 % çoxdur.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Li Çje Men bildirib.

Onun sözlərinə görə, əsas diqqətin investisiyalara, qabaqcıl silah sistemlərinə və süni intellekt, pilotsuz uçuş aparatları və robotlar da daxil olmaqla texnologiyalara yönəldilməsi planlaşdırılır.

Prezident həmçinin geosiyasi vəziyyətin dəyişməsi barədə xəbərdarlıq edib və tarixin dinc dövrünün sona çatmaq üzrə olduğunu deyib.

"Dəyişən təhlükəsizlik şəraitinə çevik cavab vermək üçün özünümüdafiə mütləq şərtdir. Tarixdə ən uzun dinc birgəyaşayış dövrü başa çatmaq üzrədir. Dünyada dəyişən təhlükəsizlik şəraiti və silahlı münaqişə təhlükəsinin artması Cənubi Koreyanı öz hərbi quruculuğuna daha çox diqqət ayırmağa məcbur edir", - L.Men bildirib və əlavə edib ki, Seul Vaşinqtonla birgə müdafiə siyasəti həyata keçirəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar