SON XƏBƏRLƏR

Taliban qadağan olunmuş İran kitablarının siyahısını genişləndirir

2025.10.01, 13:29
Taliban qadağan olunmuş İran kitablarının siyahısını genişləndirir

Taliban qadağan olunmuş İran kitablarının siyahısını genişləndirir.

Gunaz.tv

Taliban hökuməti qadağan olunmuş kitablar siyahısını yeniləyərək, Huşəng Gülşiri, İbrahim Gülüstan, Rza Əmirxani, İsmayıl Fəsih, Seyid Mehdi Şücai, Əbdülhüseyn Zərrinkub, Nadir İbrahimi, Huşəng Muradi Kirmani, Əhməd Mahmud və Camal Mirsadiqi kimi bir sıra iranlı yazıçıların adlarını siyahıya əlavə edib.

“Farhikhtegan” qəzeti bazar ertəsi sayında yazıb ki, kitab satıcıları deyirlər ki, Taliban kitabları məzmunundan asılı olmayaraq, sadəcə olaraq İran mənşəli olması və ya müəlliflərin fərqli baxışları səbəbindən rəflərdən yığışdırır.

Əvvəlcə dini mətnlərlə məhdudlaşan bu qadağalar indi ədəbiyyat, şeir və romanlara da şamil edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar