SON XƏBƏRLƏR

Mühacirani: İran hökuməti sanksiyalara qarşı cavab planını açıqlayacaq

2025.10.01, 14:20
Mühacirani: İran hökuməti sanksiyalara qarşı cavab planını açıqlayacaq

İran hökuməti bazar günü BMT-nin tətik sanksiyalarının bərpasına cavab planını təsdiqləyəcək.

Gunaz.tv

Bunu dövlət mediasının sözçüsü Fatimə Mühacirani deyib.

Mühacirani sanksiyaların tətbiqinin 45 gün gecikdirilməsini təklif etsə də onun bu təklifinin rədd edildiyini bildirib.

O əlavə edib ki, Tehran Nyu-Yorkda Britaniya, Fransa, Almaniya, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Amerikanın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffla görüş keçirməyə hazır olduğunu bildirib, lakin təklif qəbul olunmayıb.

Qeyd edək ki, BAEA İrandan bütün nüvə obyektlərinin təştişinə imkan yaradılmasını tələb etsə də, İran tərəfi buna razılıq vermir. Üstəlif İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq, 60% həddində zənginləşdirməklə öz nüvə proqramının əslində dinc məqsədlər üçün olmadığını sərgiləmiş olmur. Bu səbəbdən beynəlxalq ictimaiyyət İran özünün silah istehsal etmə dərəcəli nüvə proqramından imtina etmədiyi müddətdə vaxt uzaqmat xarakterli danışıq təkliflərini geri çevirir.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar