SON XƏBƏRLƏR

Böyük Britaniya şahzadəsi Kiyevdə Zelenski ilə görüşüb

2025.10.01, 14:47
Böyük Britaniya şahzadəsi Kiyevdə Zelenski ilə görüşüb

Böyük Britaniya Kralı III Çarlzın bacısı şahzadə Anna Kiyevə gözlənilməz səfər edib.

Gunaz.tv

Günaz TV "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşüb.

"O, Britaniyanın Ukraynaya dəstəyini müzakirə etmək üçün Prezident Volodimir Zelenski ilə görüşüb", - deyə nəşr yazıb.

Şahzadə Anna, həmçinin Uşaq Memorialını, eləcə də müharibədən zərər çəkmiş gənclərə dəstək məqsədilə yaradılmış Uşaq Hüquqlarını Müdafiə Mərkəzini ziyarət edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar