SON XƏBƏRLƏR

Amerika İrana görə 21 şirkət və 17 fiziki şəxsə sanksiya tətbiq etdi

2025.10.02, 10:13
Amerika İrana görə 21 şirkət və 17 fiziki şəxsə sanksiya tətbiq etdi

Amerika Maliyyə Nazirliyi İran hərbi-sənaye kompleksi üçün beynəlxalq təhcizat şəbəkələrində iştirak edən 21 şirkət və 17 fiziki şəxs əleyhinə sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumun saytındakı məlumata görə, məhdudiyyətlər İran, Çin, Honq Konq, Almaniya, Türkiyə, Portuqaliya və Uruqvayda ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi aviasiya üçün texnologiya və avadanlıq tədarük edən təşkilatlara, o cümlədən vasitəçilərə təsir edib.

Qeyd edilib ki, bu şəbəkələr İrana hərbi imkanlarını gücləndirməyə kömək edir, eyni zamanda Amerika hərbçiləri, gəmiləri və vətəndaşları üçün təhlükə yaradır. Sanksiyalara məruz qalan şirkətlərin və şəxslərin Amerikadakı bütün aktivləri bloklanıb və onlarla əməliyyatlar qadağan olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar