SON XƏBƏRLƏR

İranın nüvə proqramı- Türkiyə vəsaitləri dondurdu

2025.10.02, 11:23
İranın nüvə proqramı- Türkiyə vəsaitləri dondurdu

Tehrana nüvə proqramı ilə bağlı təzyiq göstərmək üçün daha geniş beynəlxalq səylərə uyğun olaraq, Türkiyə İranın nüvə fəaliyyətləri ilə bağlı çoxlu sayda fiziki və hüquqi şəxslərin aktivlərini dondurub. 

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 1-də verdiyi sərəncama əsasən tətbiq edilib.

Vəsaitlərin dondurlması barədə sərəncam,  gəmiçilik şirkətləri, enerji şirkətləri və tədqiqat mərkəzləri də daxil olmaqla, İranın nüvə inkişaf proqramında iştirak edən şəxslər və təşkilatları hədəf alır.

Bu addım BMT sanksiyalarının bərpasından sonra atılıb. Oktyabrın 1-də Qərb dövlətləri, o cümlədən ABŞ, Kanada və Britaniya BMT-nin Tehrana qarşı sanksiyalarını və İslam Respublikasının nüvə və raket proqramlarına qarşı yeni sanksiyalarını bərpa etdiklərini açıqlayıb.

Türkiyədəki aktivlərin dondurulması İranın nüvə obyektləri, gəmiçilik şirkətləri, enerji şirkətləri və tədqiqat mərkəzləri də daxil olmaqla müxtəlif sektorlardakı şəxsləri və şirkətləri də əhatə edir. Hədəf alınan qurumlar arasında İranın Atom Enerjisi Təşkilatı, bir neçə bank və uranın zənginləşdirilməsi və nüvə yanacağı istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər də var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar