SON XƏBƏRLƏR

Zelenski: Ukrayna Aİ-yə dron təhlükəsinə qarşı mübarizədə kömək edəcək

2025.10.02, 14:05
Zelenski: Ukrayna Aİ-yə dron təhlükəsinə qarşı mübarizədə kömək edəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın pilotsuz uçuş aparatları ilə bağlı təhdidlə getdikcə daha çox üzləşir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammitindən əvvəl bildirib.

"Bu gün Avropa həqiqətən də dron təhlükəsi ilə üz-üzədir. Ukrayna bu təhdidlə mübarizədə təcrübəyə malikdir. Biz kənarda dayanmayacağıq", - V.Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, Amerika Prezidenti Donald Trampın uzaqmənzilli silahların tədarükü ilə bağlı qərarını gözləyir.

"Biz Amerika Prezidenti ilə danışdıq və bu dialoqa görə ona minnətdarıq. Keçən dəfə bizim çox yaxşı və məhsuldar görüşümüz oldu. Biz raketlər və uzaqmənzilli silahlar barədə danışdıq. Hər şey onun qərarından asılıdır", - Ukrayna Prezidenti bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar