SON XƏBƏRLƏR

Qətər Qəzza danışıqlarını davam etdirmək üçün Misir və Amerika ilə işə başlayıb

2025.10.04, 10:00
Qətər Qəzza danışıqlarını davam etdirmək üçün Misir və Amerika ilə işə başlayıb

Qətər Qəzza zolağında münaqişənin həlli üçün danışıqları davam etdirmək məqsədilə Misir və Amerika ilə koordinasiyalı işə başlayıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

"Qətər Dövləti plan üzrə müzakirələri davam etdirmək və müharibəyə son qoymaq üçün vasitəçilik üzrə tərəfdaşları Misir Ərəb Respublikası və Amerika Birləşmiş Ştatları ilə işləməyə başlayıb", - əl-Ənsari “X” hesabında yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar