SON XƏBƏRLƏR

Iranda məşhur jurnalistə qarşı cinayət işi açıldı

2025.10.04, 11:56
Iranda məşhur jurnalistə qarşı cinayət işi açıldı

İranın Mədəniyyət və Media Məhkəməsi tanınmış jurnalist və ictimai fəal Mərziyə Mahmudiyə qarşı cinayət işi açıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Mahmudi, özünün sosial media səhifəsində məlumatı təsdiq edib:

"Mədəniyyət və Media Məhkəməsində mənə qarşı yeni iş açılıb. Bunun hansı tvit üçün olduğunu təxmin edirəm və bu, həqiqətən də təəssüf doğurur".

Jurnalist və "Tecarət News"-un keçmiş redaktoru Mərziyə Mahmudi əvvəllər dəfəaliyyəti ilə əlaqədar hüquqi problemlərlə üzləşib.

O, 12 günlük İran-İsrail qarşıdurmasından bir neə gün əvvəl İsrailin İrana hücum edəcəyi barədə xəbərdarlıq yazısı paylaşdığına görə prokurorluğa çağırılıb, dindirilib və cərimə olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar