SON XƏBƏRLƏR

Qrossi: Mənim hesabatım İrana hücum üçün səbəb olmayıb

2025.10.06, 11:35
Qrossi: Mənim hesabatım İrana hücum üçün səbəb olmayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi bildirib ki, onun hesabatı bu ilin iyununda İsrailin İran ərazisinə zərbələr endirməsinə səbəb olmayıb.

Gunaz.tv

Baş direktor vurğulayıb ki, onun hazırladığı sənəddə Tehranın nüvə silahı proqramı yoxdur.

Nəşr Qrossinin sözlərini sitat gətirib: "Mənim hesabatımda İranın nüvə silahı proqramı olmadığı açıq-aydın göstərilir. Ona görə də kimsə bu hesabatı müharibə üçün bəhanə hesab edirsə, yanılır".

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb və bəyan edilmiş məqsədi İranın nüvə proqramını məhv etmək olub. Buna cavab olaraq İran İsrailə zərbələr endirib.

Daha sonra, iyunun 22-də Amerika İrandakı üç nüvə obyektini Fordo, İsfahan və Natanzı vurub. Bundan sonra Amerika prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib.

Qeyd edək ki, İran nüvə bombasına sahib olmasa da uranı 60%, yəni silah əldə edə biləcəyi həddə zənginləşdirən tək ölkədir.

 

C

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar