SON XƏBƏRLƏR

Kreml Çinin Rusiyaya peyk kəşfiyyatı məlumatları verdiyi barədə iddiaları təkzib edib

2025.10.06, 14:58
Kreml Çinin Rusiyaya peyk kəşfiyyatı məlumatları verdiyi barədə iddiaları təkzib edib

Rusiya Ukraynada döyüş missiyaları zamanı kəşfiyyat məlumatları əldə etmək üçün öz kosmik imkanlarından istifadə edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna ərazisinə raket zərbələri endirmək üçün Çinin Rusiyaya peyk kəşfiyyatı məlumatları verdiyi barədə Ukrayna tərəfinin iddialarını şərh edərkən bildirib.

“Xüsusi hərbi əməliyyat qarşısında duran bütün vəzifələri yerinə yetirmək üçün öz imkanlarımız, o cümlədən kosmik imkanlarımız var”, - Kremlin sözçüsü qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar